Bölgədə gərginlik: Pezeşkianın son müsahibəsi kimlərə mesaj idi?
Yeniliklərdən dərhal xəbərdar olun
“İran ABŞ ilə regionla bağlı müəyyən məsələlərdə gizli ittifaq içindədir”.
Bu fikirləri jurnalist Turan İbrahimov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişə uyğun olaraq ABŞ-nin Ermənistana sərhəd mühafizə qrupu göndərməsi haqda bəyanatına Tehranın səssiz qalmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ ilə İran əməkdaşlığını iddia etmək üçün kifayət qədər ciddi səbəblər var:
“Əslində, bu iddianı ortaya atan məhz elə “Hizbullah”ın içindən olan müəyyən şəxslər oldu. Həsən Nəsrullahın öldürülməsindən sonra bu iddialar daha da ciddi şəkildə səsləndirilməyə başlandı. Məhz İranın Həsən Nəsrullahı qurban verməklə öz iqtidarını qurmaq istəyən molla rejiminin proseslərin içində olduğu məsələsi arqumentlərlə ortaya qoyuldu”.
Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsi haqqında danışan jurnalist qeyd edib ki, artıq ABŞ-nin əsgərlərinin hərbi mövcudluğu Zəngəzurda reallaşır. İranda isə bununla bağlı heç bir etiraz səsi eşidilmir:
“Bəziləri deyirlər ki, bu, Moskvada imzalanacaq Rusiya-İran arasındakı strateji müttəfiqliklə bağlı sənədə görədir, hələ ki müşahidə edirlər. Hər halda bundan öncə də Avropa təsisatlarının da burada mövcudluğuna İran susmuşdu.
Eyni zamanda İran Prezidenti Məsud Pezeşkianın ABŞ-nin NBC televiziyasına geniş müsahibəsi oldu. Həmin müsahibədən də belə nəticəyə gəlmək olar ki, sanki bundan sonra iki ölkə arasında ziddiyət olmayacaq”.
O əlavə edib ki, İran molla rejiminin mövcudluğunu qorumaq üçün hətta ambisiyalarından da geri çəkilir:
“Nəticədə Cənubi Qafqazdakı proseslərdə özünə təhlükə gördüyü Azərbaycanın əleyhinə bütün proseslərdə hamı ilə əməkdaşlıq edir”.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
