Bölgələrə tez-tez gedin, gənc idman istedadlarını seçin | İlham Əliyevdən mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev ölkə idmançılarının müntəzəm olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərlər etdiyini deyib.
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı qeyd edib ki, artıq orada 10 min insan yerləşib.
“Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq”.
Prezident qeyd edib ki, idman yarışları öz yerində, amma eyni zamanda indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq.
“Həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, yeni həyat qurulur, özü də müasir, gözəl, rahat”.
Prezident idman ictimaiyyətinə tövsiyə verib:
“Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də gənc idman istedadlarını seçsinlər”.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
