Bu gündən Azərbaycanda COP29 konfransına start verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 başlayır.
Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.
Tərəflər Konfransının builki tədbirləri 11-22 noyabr tarixlərini əhatə edəcək. Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya Liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq. 80-ə yaxın dövlət və hökumət başçısı Sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən bəri hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bugünədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
