Bu mənzərə heç vaxt yadımızdan çıxmamalıdır | İlham Əliyev Ermənistanı silahlandıranlardan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Təbii ki, bu dağıntılar bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışından sonra şəhər sakinləri ilə söhbətində deyib.
Dövlət başçısı qeyd edib ki, bu işlərdə təkcə Ermənistan günahkar deyil:
“Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik!”.
“Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq”, – deyə Prezident İlham Əliyev bildirib.
#Cəbrayıl teqi istifadə olunub
- Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Mal əti niyə bu qədər bahalaşdı? | Türkiyənin təhlükəsiz dəhliz planı reallaşacaq? - YENİ BİR SƏHƏR
- Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
