Bu müddətə qədər İlham Əliyevin tələblərini... | Qalstanyandan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyan İlham Əliyevin dəvətini qəbul edərək COP29-da iştirak üçün Bakıya gələrsə, Azərbaycanın Minsk qrupunun ləğv edilməsi üçün birgə bəyanatın verilməsi ilə bağlı istəyini yerinə yetirəcək. Bakıya gəlməmişdən öncə bu haqda açıqlama verəcək”.
Bunu erməni politoloq Xaçik Qalstyan deyib.
X.Qalstyan bildirib ki, Bakının sülh sazişini imzalamaq üçün İrəvandan iki məsələnin tələb edildiyi artıq məlumdur:
“Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, digəri isə Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan yaxın vaxtlarda Bakının Minsk qrupu ilə bağlı tələbini icra edəcək və bu formatın de-yure ləğvi haqda ərizə verəcək.
Xarici İşlər Nazirliyinin son açıqlaması da bunu deməyə əsas verir. N.Paşinyan noyabrda keçiriləcək COP29 tədbirində iştirak üçün Bakıya yola düşə bilər, ona qədər isə İ.Əliyevin tələblərini icra edəcək”.
Erməni politoloq iddia edir ki, N.Paşinyan İ.Əliyevin tələblərinə müqavimət göstərə bilmir.
“Onlar Zəngəzur dəhlizindən danışırlar, həm də bu məsələni sülh sazişi mətnindən çıxarırlar. Bu istədiklərini etmək üçün lazımdır. Ermənistan tərəfi də prosesin içindədir. İndiyə qədər azərbaycanlıların Sünikə qayıdışı ilə bağlı heç bir rəsmi qadağa səslənməyib, bu o deməkdir ki, gizli razılaşmalar var”, – X.Qalstyan iddia edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
