Bu xəritə ilə Ermənistan məcbur olacaq ki... | Erməni politoloqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Sərhəddə yalnız erməni sərhədçilərinin dayanması Azərbaycanın tələbi ola bilər”.
Bu sözləri erməni mediasına açıqlamasında politoloq Benyamin Matevosyan Rusiya sərhədçilərinin Zəngəzurun Nerkin Hand kəndi yaxınlığındakı zonadan və 44 günlük müharibədən sonra yerləşdikləri digər ərazilərdən çıxarılmasını şərh edərkən deyib.
B.Matevosyan əmindir ki, Ermənistan və Azərbaycan arasında iki respublikanın sərhədində üçüncü ölkə sərhədçilərinin olmaması barədə razılıq var.
Politoloqun fikrincə, belə bir razılaşmanın şərtlərinə görə məntiqlidir ki, KTMT qoşunları da burada nə sülhməramlı, nə də tamhüquqlu ordu korpusu kimi yerləşə bilər. Bu isə Ermənistanın hazırkı hakimiyyətinin geosiyasi vektorun tam transformasiyasını nəzərdə tutan siyasətinə tam uyğun gəlir.
O, delimitasiya və demarkasiyanın Tavuşdan başlamasını da təsadüfi saymayıb və iddia edib ki, orada rus sərhədçilərinin möhkəmləndirilmiş postları vardı.
Buna baxmayaraq, politoloq delimitasiya və demarkasiyanın davam etməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, əgər digər ərazilərdə də 1976-cı il xəritəsi əsas götürülsə, bu, uğurlu olacaq, əks halda isə Ermənistan ciddi güzəştə məcbur olacaq.
B.Matevosyan xatırladıb ki, danışıqlarda vasitəçi də yoxdur, birbaşa aparılır, bu isə Ermənistanı daha çox güzəştə vadar edir.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
