Bunlar Paşinyanın yarıtmaz siyasətinin nəticəsidir | Eduard Şarmazanovdan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən sonra növbəti müharibənin olacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır.
Bu sözləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
O, Ermənistanın geosiyasi və regional oyunçular arasında çəkişmə obyektinə çevrildiyini bildirib:
“Bütün bunlar Baş nazir Nikol Paşinyanın yarıtmaz siyasətinin nəticəsidir. O, ölkəni poliqona çevirib. Rusiya regionda mühüm oyunçudur. Vladimir Putinin Azərbaycan Prezidenti ilə görüşü son dərəcə təbiidir. Bəs Rusiya Prezidenti Nikol Paşinyanla necə görüşüb danışacaq?
İrəvan Roma Əsasnaməsini ratifikasiya edib, V.Putin ölkəmizə gələn kimi həbs olunacaq. Ümumiyyətlə, növbəti müharibənin olacağını düşünmürəm. Sərhəddə müəyyən toqquşmalar ola bilər, amma geniş miqyas almayacaq”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Bakıda rəsmi səfərdə olub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
