Çarəsiz Arutyunyan Qarabağ ermənilərinə qəzəbləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Özünü separatçı rejiminin “başçısı” adlandıran Arayik Arutyunyan maraqlı açıqlama ilə çıxış edib.
“Oxu.Az”ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, A.Arutyunyanın çıxışı özünü deputat elan etmiş cinayətkarların oyuncaq iclasında baş tutub.
Separatçıların “lider”i Qarabağ ermənilərinə müraciətində onları birbaşa hədələyib: “Biz yeni həll paketini təqdim edəcəyik. Buranı qoyub qaçanlar bu gün öz mülklərini icarəyə verir və bunun müqabilində gəlir əldə edirlər. Biz bu şəxslərin hər biri ilə bağlı qərar verməliyik. Belə insanlarla bağlı son dərəcə sərt qərarın verilməsinin tərəfdarıyam. İlk növbədə, onları gəlir əldə etmək imkanından məhrum etmək lazımdır. Mən bu barədə yüksək səslə danışıram. Onlar haray-həşir salırlar, qaçırlar, hamı getmək istəyir. Kim getmək istəyirsə, cəhənnəm olsun!”.
Beləliklə, A.Arutyunyan istəmədən erməni miflərini puç edib. Separatçı verdiyi son açıqlaması ilə Qarabağda guya 120 min erməninin yaşadığına dair iddiaların əslində mifdən başqa bir şey olmadığını öz dili ilə təsdiqləyib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
