Cənubi Qafqaz üzrə yeni baş müşavir Bakıya gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni baş müşaviri Luis Bono gələn həftə regiona, o cümlədən Azərbaycana, Ermənistana və Gürcüstana ilk səfərini edəcək.
Bu barədə qurumun sözçüsü Ned Prays martın 3-də keçirdiyi brifinqdə bildirib: “Cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı sadiqliyimizi dəstəkləmək üçün yüksək səviyyəli rəhbərliklə görüşməyi planlaşdırır. Luis Bono Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. O, Bakıya, İrəvana və Tbilisiyə bu ardıcıllıqla gedəcək”.
Yeni baş müşavir Luis Bono dövlət katibi Entoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan üçtərəfli görüşdə əldə edilən tərəqqini inkişaf etdirəcək.
Ned Prays həmçinin qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində son günlərdəki səylərindən ümidlənib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
