Ceyhun Bayramov ABŞ-Ermənistan tərəfdaşlığı barədə nələri açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ildə ABŞ-nin Ermənistana birtərəfli dəstək faktlarını Azərbaycanın gördüyünü bildirib.
Bu barədə nazir jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ-nin Ermənistana dəstəyi barədə bəhs edərək iki ölkə arasındakı münasibətləri şərh etmək istəmədiyini vurğulayıb:
"Ermənistan-Azərbaycan normallaşma prosesinin kifayət qədər intensiv mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin qərəzli yanaşmaları qəbuledilməzdir. Azərbaycan öz suverenleyini bərpa etdikdən qısa müddət sonra Demokratlar Administrasiyası tərəfindən "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair addımın atılmaması, bununla da müəyyən mənada ölkəmizin cəzalandırılması niyyətlərini və digər qərəzli addımları görürük".
C.Bayramov ABŞ-dəki yeni Prezidentin inaqurasiyasından sonra Azərbaycana yanaşma fərqini müşayiət edəcəklərini vurğulayıb:
"Güman edirik ki, ABŞ-dəki yeni Prezidentin inaqurasiyasından sonra Azərbaycana yanaşma fərqini müşayiət edəcəyik, ən azından qarşılıqlı maraqlar və hörmət əsasında formalaşmış münasibət görəcəyik".
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
