Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 19-da ATƏT-in Baş katibi Helqa Şmidlə görüşüb. Bu barədə XİN-dən məlumat verilib.
Nazir Ceyhun Bayramov Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, son 3 il ərzində hərbi-siyasi təxribatlarını daha da artırmasının, Ermənistan Baş nazirinin qondarma rejimi təbrik etməsinin, sentyabr 19-da mülki şəxslərimizin və hərbçilərimizin həlak olması ilə nəticələnən terror hücumlarının bölgədə gərginliyi daha da artırdığını vurğulayıb.
Azərbaycan tərəfindən həyata keçirilən əməliyyatların qeyri-qanuni qüvvələrə qarşı yönləndiyi, mülki şəxslərin hədəf alınmadığı diqqətə çatdırılıb.
Ermənistan rəhbərliyinin ərazi bütövlüyümüz və suverenliyimizin tanınması ilə bağlı bundan öncə verilmiş bəyanatların mahiyyətini heçə endirən davranışları və bəyanatları, beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək məqsədilə irəli sürülən, bölgədə guya “humanitar böhran” və sözdə “blokada”nın mövcudluğu haqqında yalan iddialara əsaslanan qarayaxma kampaniyasının sülh prosesinə zərbə vurduğu qeyd edilib.
“Bu baxımdan, beynəlxalq ictimaiyyətin bu kimi yalan iddialara deyil, bölgədə sülh və təhlükəsizliyə əsas hədə olan qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasına, Ermənistan tərəfindən yaradılan qeyri-qanuni rejimin buraxılmasına vurğu etməsinin vacib olduğu diqqətə çatdırılıb”, – deyə nazirlikdən bildirib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- "Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
