Ceyhun Bayramov Bakının konkret mövqeyini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.
XİN rəhbəri Azərbaycanın bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğunu diqqətə çatdırıb.
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.
Görüşdə Ceyhun Bayramov həmçinin uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan Ermənistanın son silahlı təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
