Ceyhun Bayramov BMT kürsüsündən səsləndi
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq”.
"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan insan hüquqlarının fundamental prinsiplərini qorumağa tam sadiqdir. Ceyhun Bayramov vurğulayıb ki, tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca vacibdir: “Qurani-Kərim”in yandırılması məsələsinə də diqqət çəkən nazir onun təhqir olunmasını yolverilməz hesab edib. Çıxışında işğal zamanı soydaşlarımızın doğma yurdlarından didərgin düşməsini də xatırladan Ceyhun Bayramov bildirib ki, onların hüquqlarının BMT orqanlarının dəstəyi ilə nəzərə alınacağını gözləyir.
“1987-1991-ci illər ərzində Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 200 mindən çox azərbaycanlını öz yurdundan didərgin salıb. Bütün Azərbaycan toponimləri Ermənistan tərəfindən yenidən adlandırıldı. Mədəni və tarixi irsimiz məqsədli şəkildə məhv edildi. Ermənistan hökuməti azərbaycanlıların fundamental hüquqları ilə bağlı təklifi mütəmadi olaraq rədd etdi. Bununla da İnsan Hüquqları ilə bağlı Bəyannaməni, Qaçqınlar və məcburi köçkünlərlə bağlı Konvensiyanı və digər vacib beynəlxalq aktları pozdu. Ermənistan bunlara – Azərbaycan vətəndaşlarına qarşı beynəlxalq insan haqları qanunlarını ciddi şəkildə pozduğuna görə beynəlxalq aləmdə cavab verməlidir”, – deyə Ceyhun Bayramov bildirib.
Ermənistanın 30 illik işğal dövründə müharibə cinayətləri törətdiyini, insan hüquqlarını pozaraq uşaqlar, yaşlılar və qadınları istisna etmədən etnik təmizləmə həyata keçirdiyini xatırladan xarici işlər naziri ermənilərin azərbaycanlılara qarşı aqressiyasının faciə ilə nəticələndiyini, minlərlə azərbaycanlının hüquqlarının əllərindən alındığını vurğulayıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
