Ceyhun Bayramov erməni təxribatlarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin İnkişaf və Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi “Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa müzakirələrində iştirak və çıxış edib. Bu barədə XİN-dən bildirilib.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin “Laçın” yolu ətrafında yaratdığı saxta propaqandanın heç bir əsasının olmadığını, Azərbaycanın ərazisindən keçən yolların paralel olaraq erməni sakinlərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə yüklərin daşınması üçün istifadə edilməsinə şərait yaratdığı, buna baxmayaraq, Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimin nümayəndələri tərəfindən prosesə maneçilik törədildiyini diqqətə çatdırıb.
Bölgədə sözdə blokada və çətin humanitar vəziyyət barədə iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını bildirib. Bu çərçivədə, Ermənistanın müharibədən sonrakı iki il yarım ərzində “Laçın” yolundan sui-istifadə hallarını xatırladıb.
“Sülhün təmin edilməsi üçün yaranan tarixi imkanın itirilməməsi naminə beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti düzgün qiymətləndirməsinin, habelə Ermənistanın təxribatlarına qarşı adekvat mövqeyin formalaşdırılmasının hər zamankından daha əhəmiyyətli olduğu bildirilib”, – deyə məlumatda vurğulanıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- "Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
