Pleyeri seçin:

Çirkli pulları yuyan Vardanyanın sonu | BBC Rubeni ifşa etdi

13 yanvar 2024 456 baxış

BBC-də separatçı milyarder, törətdiyi çoxsaylı cinayətlərə görə artıq 3 aydan çoxdur ki, Azərbaycanda həbsdə olan Ruben Vardanyanı ifşa edən geniş məqalə yayımlanıb.

Məqalədə qeyd olunur ki, özünü xeyriyyəçi kimi qələmə verməsinə baxmayaraq, bu obrazın arxasında 90-cı illərdən çirkli pulların yuyulması ilə məşğul olan və bu yolla varlanan hiyləgər bir adam gizlənib. Vardanyan hələ 24 yaşında Rusiyanın ilk investisiya bankı olan “Troyka Dialoq”un tikintisinə başlayıb və bu şirkətlər vasitəsilə çirkli maxenasiyalar həyata keçirib. Nüfuzlu iş adamlarının külli miqdarda pullarını gizli şəkildə xaricə ötürüb. Əlbəttə ki, bunun qarşılığında özü də çox yaxşı gəlir əldə edib.

Araşdırmada Ruben Vardanyanın 2022-ci ildə Rusiyada yaşadığı sakit həyatını geridə qoyub, vətəndaşlıqdan imtina edib və sanki qaçırmış kimi ölkədən çıxması mövzusuna da toxunulur. Qarabağa keçərək qondarma rejimdə “vəzifə”yə yiyələnməsi Qərbin sanksiyalarından yayınmaq cəhdi kimi qiymətləndirilir.

Araşdırmada bildirilir ki, Vardanyan 2022-ci ilin oktyabrında Qarabağa köçəndən sonra “Mediakrat” reklam agentliyini alıb. Həmçinin onun hazırda Rusiya ordusu üçün yük və zirehli maşınlar istehsal edən “Kamaz” şirkəti ilə də əlaqəli olduğu iddia edilir. Bildirilir ki, Vardanyan hələ də öz tresti vasitəsilə bu şirkətin ortaq sahibidir, həmçinin şirkətin İdarə Heyətində təmsil olunur.

Məqalədə böyük geosiyasi oyunlar quran “iş adamı”nın planlarının Azərbaycan tərəfindən necə pozulması, rəsmi Bakının təzyiqi ilə qondarma rejimdəki “vəzifə”sini itirməsi, həmçinin aradan çıxmasına imkan verilməməsi barədə də ətraflı danışılır. Onu həbsə aparan yol addım-addım şərh edilir.

BBC onu da bildirir ki, milyarder hazırda hər kəs tərəfindən unudulur. Rusiya onun haqqında fikir bildirməkdən boyun qaçırır. Kremlin sözçüsü Dmitri Peskov bildirir ki, Putinlə İlham Əliyev 2023-cü ilin oktyabırında görüşüblər, lakin Vardanyanın taleyi müzakirə olunmayıb.

Məqalədə Ruben Vardanyanın 2018-ci ildə nəşr edilən "Yol ayrıcında" kitabında yazdığı “yaxın gələcəkdə nə işçi ordusu, nə də ərazilər uğrunda döyüşən güclü ordular lazım olacaq” fikri də diqqətə çatdırılır.

Banner
Azərbaycandan Ukraynaya humanitar yardım | Əməkdaşımız detalları açıqladı - Baku TV

Azərbaycandan Ukraynaya humanitar yardım | Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
07 oktyabr 2026 456 baxış
Prezident itkin düşmüş şəxslərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Prezident itkin düşmüş şəxslərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Siyasət
07 oktyabr 2026 456 baxış
“Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV

“Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV

Siyasət
07 oktyabr 2026 456 baxış
Yeni müzakirələrin pərdəarxası: Brüssel Bakıdan nə istəyir? - AKTUAL GÜNDƏM

Yeni müzakirələrin pərdəarxası: Brüssel Bakıdan nə istəyir? - AKTUAL GÜNDƏM

Siyasət
07 oktyabr 2026 456 baxış
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV

Siyasət
07 oktyabr 2026 456 baxış
Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV

Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV

Siyasət
07 oktyabr 2026 456 baxış
Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR

Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR

Siyasət
07 oktyabr 2026 456 baxış
Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlıları bir araya gəldi - Baku TV

Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlıları bir araya gəldi - Baku TV

Siyasət
07 oktyabr 2026 456 baxış
Ermənistan TRIPP-lə yanaşı, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə ümid edir

Ermənistan TRIPP-lə yanaşı, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə ümid edir

Siyasət
06 oktyabr 2026 456 baxış
Əsrlər boyu Böyük Vedi adlanan kəndin adı və əhalisi necə dəyişib? - Baku TV

Əsrlər boyu Böyük Vedi adlanan kəndin adı və əhalisi necə dəyişib? - Baku TV

Siyasət
06 oktyabr 2026 456 baxış
Seçilmişlər
icon