Pleyeri seçin:

COP29 çərçivəsində ADY-nin dayanıqlı təşəbbüsləri

21 noyabr 2024 516 baxış

“Azərbaycan dəmir yolları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində hədəflərə çatmaq üçün karbon emissiyalarının azaldılması, dəmir yollarının elektrikləşdirilməsi və istehsalatda alternativ enerji mənbələrinə keçid kimi nailiyyətlər əldə edib”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Tural Abbaslı COP29 çərçivəsində Qlobal İqlim Fəaliyyəti üzrə Mərakeş Tərəfdaşlığının Nəqliyyat üzrə əlaqələndirici qrupunun təşkilatçılığı ilə “Nəqliyyat üçün ambisiyalar: Ədalətli və bərabər 1,5°C gələcəyə doğru irəli” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

T.Abbaslı bildirib ki, 2023-cü ildən etibarən ADY enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa müvəffəq olub:

“Ötən il sərnişinlərin 100%-nin, yüklərin isə 80%-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib”.

ADY sədrinin müşaviri qeyd edib ki, Azərbaycan dəmir yollarında əməliyyatların səmərəliliyi və dekarbonizasiya istiqamətində atılan ilk addımlardan biri əməliyyatların rəqəmsallaşdırılması olub:

“Bunun nəticəsində yanacaq sərfiyyatı azaldılıb, kağızsız əməliyyatlar daha geniş tətbiq olunur. Eyni zamanda Azərbaycanda şəhər mobilliyinin təmin olunması üçün nəqliyyat qurumları arasında səmərəli koordinasiya təşkil olunur, həmçinin elektrik qatarları ilə sərnişindaşımalara dövlət subsidiyalarının ayrılması mərhələli şəkildə öz həllini tapır”.

T.Abbaslı əlavə edib ki, innovativ həllər nəticəsində əməliyyatlarda aşağı emissiyalara nail olmaq üçün atılan addımlardan biri ADY-də Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması olub.

“Birliyin Gücü - 2026” | Türk dünyasında hərbi əməkdaşlığın yeni mərhələsi - Baku TV

“Birliyin Gücü - 2026” | Türk dünyasında hərbi əməkdaşlığın yeni mərhələsi - Baku TV

Siyasət
22 sentyabr 2026 516 baxış
İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
22 sentyabr 2026 516 baxış
İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 516 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 516 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 516 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 516 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 516 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 516 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 516 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 516 baxış
Seçilmişlər
icon