COP29-da iqlim-maliyyə məsələsi ön planda olacaq | BMT Baş katibi
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin qarşıdan gələn iqlim konfransı – COP29 tərəqqiyə 2 yolla təkan verməlidir.
Bunu BMT Baş katibi Antonio Quterreş yayımladığı videomesajda deyib.
Baş katib bildirib ki, COP29-da ilk olaraq gələn ilə qədər ölkələr üçün yeni milli iqlim fəaliyyət planları təqdim edilməlidir.
“Hökumətlər bu planları 1,5 dərəcə ilə uyğunlaşdırmağa razılaşıblar. Bu, o deməkdir ki, onlar bütün istixana qazları emissiyalarını azaltmalı və bu, bütün iqtisadiyyatı əhatə etməlidir, bütün sektorlarda irəliləyişə təkan verilməlidir.
Digər bir məsələ budur ki, COP29-da iqlim maliyyə məsələsi ön planda olacaq. İnkişaf etməkdə olan ölkələr təmiz enerjiyə keçidi sürətləndirmək və qlobal istiləşmə ilə mübarizə aparmaq üçün dəstəklərini yüksəltməlidirlər”, – deyə A.Quterreş bildirib.
Baş katib əlavə edib ki, COP29-da ehtiyac duyulan maliyyə vəsaiti, qarşıya qoyulan məqsəd və iqlim maliyyəsinin əldə edilməsi üçün əminlik təmin olunmalıdır.
“COP29-un nəticəsi həm də borcların azaldılması, çoxtərəfli inkişaf banklarının daha böyük və daha cəsarətli hala gətirilməsi üçün islahatlara yönəlmiş tədbirləri təşviq edən konkret mesajlar göndərməlidir”, – Antonio Quterreş qeyd edib.
#Antonio Quterreş teqi istifadə olunub
- Səudiyyə Ərəbistanının əsas hava limanlarından biri raket hücumuna məruz qalıb - Baku TV
- BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir
- Antonio Quterreş Kiprlə bağlı çoxtərəfli görüş planlaşdırır
- BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI
- Quterreş İranı və ABŞ-ni danışıqları təcili olaraq bərpa etməyə çağırıb
