Pleyeri seçin:

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

22 noyabr 2024 356 baxış

Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb.

Bəyanatda COP29 Sədrliyinin il ərzində inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdığı vurğulanıb.

“Məsləhətləşmələr zamanı səsləndirilən rəylər və Qurultayda Tərəflərin fikirləri nəzərə alınaraq yenilənmiş mətnlər dərc olunub. Bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir. COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə təhlil etməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət alıb.

Bu qərar özündə eyni zamanda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək 250 milyard ABŞ dollarına çatdırılması məqsədini ehtiva edir.

“Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün Tərəflərlə birgə işləməyə davam edəcəyik. Biz mümkün daha yüksək ambisiyalı nəticəni əldə etmək üçün inklüziv və şəffaf şəkildə işləməyə davam edəcəyik”, – bildirilərək bəyanatda qeyd olunub.

Kopyalandı
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 356 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Siyasət
19 sentyabr 2026 356 baxış
Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Seçilmişlər
icon