Pleyeri seçin:

COP29-un 10-cu günündə gündəmdə olan müzakirələr | Nazirlər dəyirmi masa ətrafında toplandı

21 noyabr 2024 585 baxış

Baku TV “COP-BAKU” layihəsi çərçivəsində COP29-un onuncu günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, 20 noyabr tarixində şəhərləşmə, nəqliyyat və turizm sahələrinin dayanıqlı iqlim şərtlərinə necə uyğunlaşdırılması ilə bağlı müzakirələr gündəmdə olub.

İqlim və şəhərləşmə mövzusunda nazirlər və merlərin yüksək səviyyəli dəyirmi masası keçirilib. Hədəf isə şəhərlərdə dayanıqlığa və sağlam həyat şəraitinə nail olmaq olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyimizə görə qürur duyduğunu deyib:

“Bu kontekstdə şəhərsalmada İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə İnstitutunun yaradılmasına dair ilk praktiki addımları atmağa hazır olduğumuzu bəyan edirik. Koalisiyanın təsis olunması ilə biz şəhərlərimizin gələcək əməkdaşlıq, innovasiya və qarşılıqlı öhdəlik əsasında formalaşacağı barədə ciddi mesaj veririk. İnanıram ki, təbiət əsaslı şəhərsalma yanaşması və güclü əməkdaşlıq vasitəsilə biz dayanıqlı, sağlam gələcək üçün əhəmiyyətli nəticələr əldə edəcəyik”.

Günün əsas müzakirələrindən biri turizm sahəsində iqlim fəaliyyətlərinin genişləndirilməsi olub.

Müzakirələrdə iştirak edən Şimali Makedoniyanın turizm naziri Zoran Lyutkov COP29-dakı müzakirələrin ölkəsinin turizm potensialını artırmaq üçün yaxşı təcrübə olduğuna diqqət çəkib.

“Mədəniyyət və irs çox önəmli dəyərlərdir. Mənim ölkəmdə – Makedoniyada keçmişə aid çoxlu mədəni, arxeoloji, bədii nümunələr, şəhərlər var. Buna görə zəngin turizm ənənələri olan ölkələrdən önəmli məqamları dinləyir, onlardan öyrənirik. Çünki biz turizm sahəsində yeniyik”, – deyə o vurğulayıb.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 585 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 585 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 585 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 585 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 585 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 585 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 585 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 585 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 585 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 585 baxış
Seçilmişlər
icon