Pleyeri seçin:

Delimitasiya komissiyalarının iclası nə vaxt baş tutacaq? | Paşinyandan mühüm açıqlama

31 yanvar 2025 479 baxış

Delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq əldə edildikdə bu barədə məlumat veriləcək. Hələlik görüşün vaxtı ilə bağlı konkret razılaşma yoxdur.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hər şey komissiyanın nizamnaməsində göstərildiyi kimi olacaq. Sənəd dərc olunub. Biz hazırıq və səmimiyyətlə deməliyəm ki, delimitasiya prosesi, əslində, 2024-cü ildə çox konkretləşdi. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Ölkələrin hər biri prinsipial əhəmiyyət kəsb edən bu sənədi təsdiqləyib.

Artıq razılıq var ki, qarşıdakı dövrdə komissiyalar və tərəflər Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran sərhədinə qədər demarkasiyası işinə diqqət yetirəcəklər”, – N.Paşinyan bildirib.

Azərbaycanla sülh sazişi məsələsinə toxunan erməni Baş nazir bildirib ki, bununla bağlı yenilik yoxdur:

“Mən artıq demişəm ki, 17 bəndin 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki məqam var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib. Onlardan biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhədboyu yerləşdirilməməsinə aiddir. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik.

Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik.

Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni, Azərbaycan da öz iddialarını geri götürür, yəni biz bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyimizlə bağlı razılaşdırdıq. Lakin növbəti mərhələdə Azərbaycan bu məsələləri ikitərəfli danışıqlar masasına qoyacaq və münasibətlər də bunun ətrafında gərginləşə bilər.

Bu halda biz beynəlxalq platformalardan istifadə edərək bu eskalasiya riskini idarə etmək üçün artıq yolumuzu bağlayacağıq”.

Banner
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 479 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 479 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 479 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 479 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 479 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 479 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 479 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 479 baxış
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Siyasət
09 noyabr 2026 479 baxış
Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Siyasət
09 noyabr 2026 479 baxış
Seçilmişlər
icon