Diqqət: İlham Əliyev mühüm sərəncamlar imzaladı
Məhərrəm Əliyev Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyev həmçinin Ülvi Baxşəliyevin Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın müstəqil dövlətlər birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli vəzifələrindən geri çağırılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV
- “Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV
- İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
- Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
