Diqqət: Prezidentin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
Dövlət başçısı müraciətində XXI əsrdə kolonializmin davam etməsi və yeni təzahürləri meyillərinin artmasından Azərbaycanın narahatlığını vurğulayıb, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, etnik və dini mənsubiyyətinə görə yüzminlərlə dinc sakini soyqırımına məruz qoyduğunu diqqətə çatdırıb. Fransa kolonializminin utancverici yeni metodlarının bu gün də davam etməsindən təəssüfünü bildirib.
İlham Əliyev eyni zamanda Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna, Azərbaycanın mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutduğuna diqqət çəkib.
Dövlət başçısı həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
