Pleyeri seçin:

Dünya mediası tarixi zəfərimizdən nə yazır?

16 oktyabr 2023 497 baxış

Sentyabrın 19-da başlayan və cəmi 23 saata yaxın davam edən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi bərpa olunub.

Bunun davamı olaraq isə oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev həmin ərazilərimizdə Azərbaycan bayrağını dalğalandırıb. Bu tarixi hadisə nəinki ölkə, bütün dünya gündəmini zəbt edib.

Türkiyə kimi dost və qardaş ölkələrlə yanaşı, ABŞ və Avropa dövlətlərinin mətbu orqanlarının manşetlərini bəzəyib. Türkiyənin “Anadolu” və “İhlas” xəbər agentlikləri, həmçinin “CNN Türk” “Prezident İlham Əliyev Xankəndi və Xocalıda Azərbaycan bayrağını göylərə ucaltdı” başlıqlı yazılar dərc edib. NTV telekanalı oktyabrın 15-i tarixini Azərbaycan üçün əlamətdar gün adlandırıb və bildirilib ki, separatçı rejimin bir vaxtlar özünə “paytaxt” seçdiyi Xankəndi şəhəri indi doğma əllərdədir.

“France 24” isə xəbər verib ki, “Qarabağda Azərbaycanın arzuları gerçəkləşdi”. Ali Baş Komandanın Xankəndidə çəkilən bir neçə fotosu da məqalədə yer alıb. “Liberation”da dərc olunan məqalədə separatçı rejim üzərindəki qələbəmiz xüsusi qeyd olunub və Xankəndidə artıq Azərbaycan bayrağının dalğalandırıldığına diqqət çəkilib. “ABC News” da Xankəndidə bayrağımızın dalğalandırılması və suverenliyimizin tam bərpa edilməsi barədə xəbəri manşetə çıxarıb.

Beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınan bu torpaqların artıq rəsmi Bakının nəzarəti altında olduğu oxuculara çatdırılıb. “Reuters”, “The Washington Post”, “SkyNews” kimi nüfuzlu dünya mətbu orqanları da bu xəbəri diqqətdən kənar qoymayıb, manşetlərini Xankəndi və Xocalıda dalğalandırılan Azərbaycan bayrağı ilə bəzəyib.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 497 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 497 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 497 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 497 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 497 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 497 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 497 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 497 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 497 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 497 baxış
Seçilmişlər
icon