Pleyeri seçin:

Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri | Türkiyənin seçiminin əsas məqsədi

20 dekabr 2024 464 baxış

“Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda Türkiyənin alacağı “Eurofighter Typhoon” hərbi təyyarəsindən bəhs olunub.

Bildirilib ki, dekabrın 16-da Bolqarıstanın “bulgarianmilitary.com” saytı Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd “Eurofighter Typhoon” qırıcı-bombardmançı təyyarəsinin Qətər dövlətində aparılan təlimlərdə iştirak etdikdən sonra Türkiyəyə gətiriləcəyi ilə bağlı xəbər yayıb. Bolqar nəşri təyyarələrin Türkiyənin öz Hərbi Hava Qüvvələrinin diversifikasiyası üçün davam edən səylərində ciddi mərhələ olduğunu vurğulayıb.

Bəs sözügedən “Eurofighter Typhoon”un özəllikləri nədir və Türkiyə niyə seçimini məhz bu təyyarə üzərində saxlayıb?

“Eurofighter Typhoon” Avropa istehsallı bu təyyarə ailəsinin sonuncu – yəni “Tranch 4” modifikasiyasına aiddir. Təyyarə 2,3 max, yəni 2 495 kilometr/saat sürətə, 2 800 kilometr fasiləsiz uçuş göstəricilərinə, 6 000 saatlıq uçuş-istifadə potensialına malikdir.

Maksimal yüksəklik göstəricisi 19 kilometr olan “Typhoon” cəmi 2 dəqiqə ərzində 11 000 metr hündürlüyə qalxa bilir. Geometrik quruluşunun, özəl boya örtüyünün verdiyi üstünlüklə təyyarə radarlarda zəif görünmə keyfiyyəti ilə seçilir. Qanadlarının delta şəklində olması ona qısa məsafələrdən havaya qalxmaq imkanı yaradır.

“Eurofighter Tranch 4”ün əsas üstünlüklərindən danışarkən onun müasir avionika və radar-aşkarlama sistemlərini qeyd etməmək olmaz. Təchiz olunduğu elektronik sistemlər və güclü mühərrikləri “Typhoon”un “F-15”, “F-16”, “F-22 Raptor”, “F-35”, “Su-35” kimi təyyarələrlə müqayisədə daha çevik və yüksək manevr qabiliyyətli olmasını təmin edir. Təyyarənin 3 ədəd 1000 litrlik yanacaq çəni var və lazımi hallarda onlardan ikisi raket taxılması üçün sökülə bilir.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Yaşar Gülər Prezident Rəcəb Tayyib Ərdoğanın Berlinə 2023-cü il 17 noyabr səfərindən öncə ölkəsinin 40 ədəd “Eurofighter Typhoon” təyyarəsi alacağını açıqlayıb. Bu, sifarişin ümumi dəyərinin 5 milyard avroya yaxın olacağı deməkdir.

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 464 baxış
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 464 baxış
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 sentyabr 2026 464 baxış
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 sentyabr 2026 464 baxış
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 sentyabr 2026 464 baxış
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 sentyabr 2026 464 baxış
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 464 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 464 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 464 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 464 baxış
Seçilmişlər
icon