Elçin Əmirbəyov: Ermənistan Qarabağa yeni silahlar gətirir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov Fransanın "France 24" telekanalına müsahibə verib.
Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Twitter" hesabında paylaşım edib. Elçin Əmirbəyov Azərbaycanın Ermənistana beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsi təklif etdiyini bildirib.
"Əlbəttə ki, sülh müqaviləsi hazırlanarkən hər iki tərəfin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü nəzərə alınıb", - deyə E.Əmirbəyov qeyd edib.
Vitse-prezidentin köməkçisi həmçinin Laçın yolunun Azərbaycan tərəfindən bağlanmadığını da diqqətə çatdırıb. O, Ermənistanın imzaladığı sənədlərin əleyhinə hərəkət etdiyini, Laçın yolu ilə Qarabağa yeni silahlar, minalar və hərbçilər gətirdiyini açıqlayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
