Elçin Əmirbəyov: Parisə etibarımız sıfıra bərabərdir
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün Ermənistan və Azərbaycan arasında hətta potensial vasitəçi kimi Fransaya olan etibarımız sıfıra bərabərdir”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “FranceInter” radiosuna müsahibəsində deyib.
“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana hədsiz dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kim hətta nəzəri cəhətdən Parisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün ən azı müəyyən qədər faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil. Tam tərsi”, – deyə o vurğulayıb.
E.Əmirbəyov əlavə edib ki, Parisin erməni maraqlarını fədakarlıqla müdafiə etmək öhdəliyinə son açıq sübut Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət müstəvisinə çıxarmaq, o cümlədən de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması oldu.
“Fransanın bu cür düşüncəsiz addımı nəinki onun “sülhməramlı” kimi cilovsuz ambisiyalarını puça çıxarır, həmçinin Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və yeni təcavüzə sövq edərək regionu hərbi qarşıdurmanın yeni təhlükəli səviyyəsinə çıxarır”, – deyə Elçin Əmirbəyov vurğulayıb.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
