Pleyeri seçin:

Elçin Əmirbəyovun Fransa nəşrinə damğa vuran müsahibəsi

29 dekabr 2023 340 baxış

"Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir".

Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə dair məqalənin dərc edildiyi Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqedir:

“Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır.

BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu Aİ-yə inamına ciddi zərbə vurub”.

Elçin Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarükü Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni surətdə ləngidir.

“Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir”, – deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov müsahibəsində bildirib. 

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 340 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 340 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 340 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 340 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 340 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 340 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 340 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 340 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 340 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 340 baxış
Seçilmişlər
icon