Ərdoğan Ermənistana xəbərdarlıq etdi | Ümid edirəm ki, Ermənistan...
Yeniliklərdən dərhal xəbərdar olun
“Ümid edirəm, Ermənistan düzgün yolu seçəcək”.
Bu fikirləri Türkiyə Prezidenti İraq səfərindən dönərkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Regionda yeni nizamın formalaşdığını bildirən R.T.Ərdoğan vurğulayıb ki, real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır.
"Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi N.Paşinyan da bunu başa düşür. Tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar. Biz əvvəldən bu məsələ ilə bağlı çox açıq danışdıq və arxivimizi aça biləcəyimizi dedik və açdıq.
Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır.
Bu prosesdə təkcə diaspor deyil, bir çox təşviqatçılar da Ermənistana təsir etməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”.
Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında qeyd edilib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
