Ərdoğan-Paşinyan görüşünün pərdəarxası məqamları | Çində mühüm anlar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə Cənubi Qafqazda sülh prosesi müzakirə edilib. Həmçinin Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib. O, Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.
Həmçinin ölkələr arasında enerji, nəqliyyat və regional inkişaf kimi sahələrdə konkret əməkdaşlıq imkanları da müzakirə edilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin sülh prosesinə sadiqliyini və normal münasibətlər qurmaq üçün dialoqu davam etdirməyə hazır olduğunu söyləyib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
