Erməni-alman faşizminin törətdiyi oxşar vəhşiliklər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.
“Paşinyanın anti-Azərbaycan təbliğatı və yeni havadar axtarışı” adlı süjetdə qərbi azərbaycanlıların son 100 ildə erməni faşizmindən gördükləri zülmün dünya tarixində törədilmiş çox nadir vəhşiliklərdən olduğu vurğulanır.
Bildirilir ki, Ermənistanın siyasi, ictimai xadimləri hesab olunanlar və havadarları ermənilərin yeni məzlum obrazını yaratmaq üçün yalan danışmaqdan yorulmurlar:
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda və Ermənistanla sərhədyanı sayılan ərazilərdə baş verən hadisələri onların təhrif etməsi buna nümunədir. Nikol Paşinyan özünü Azərbaycanla münasibətlərin normallaşmasına meylli kimi göstərsə də, beynəlxalq səviyyəli tədbirlər və görüşlərdə Azərbaycana qarşı çıxışlar edir, anti-Azərbaycan təbliğatı aparır”.
Qeyd olunur ki, ermənilər 35 il öncə havadarlarının yardımı ilə ölkədən, dədə-baba yurdlarından qovduqları 250 mindən çox qərbi azərbaycanlının insan haqqını unutmağa və ya unutdurmağa çalışır. İndi isə Ermənistan hakimiyyəti və havadarlarının müxtəlif tədbirlərdə Azərbaycanın guya erməniləri blokadada saxladıqları ilə bağlı yalan məlumatlar verirlər.
Həmçinin vurğulanır ki, son 120 ildə yüzminlərlə əhalinin Qərbi Azərbaycandan qovulması yaddan çıxmayacaq real hadisədir. Bu faciə miqyasına və faşistlərin yəhudilərin başına açdıqları müsibətə görə yalnız Holokostla müqayisə edilə bilər.
#Qərbi azərbaycanlılar teqi istifadə olunub
- Vaşinqtonda Qərbi azərbaycanlılarla bağlı məsələ müzakirə ediləcək | BTQ-dən məlumat - Baku TV
- Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar - Baku TV
- Ermənistanda hər yerdə azərbaycanlı görmək sindromu nədir? - Baku TV
- Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?
- Nərimanlı kənd məktəbinin 100 illiyi qeyd olundu - Baku TV
