Erməni analitik Paşinyan hakimiyyətinə yol göstərdi: Başınıza gələnlər bununla bitməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Son hadisələr heç bir halda Ermənistanın başına gələnlər silsiləsində sonuncu həlqə olmayacaq”.
Erməni mediası xəbər verir ki, bunu “Vzqlyad” analitik mərkəzinin rəhbəri Karen Bekaryan deyib.
Onun sözlərinə görə, qalan halqalar Ermənistan beynəlxalq aləmdə öz subyektivliyini bərpa edənə qədər bir-birinin ardınca reallığa çevriləcək:
“İndi elə bir vəziyyətdir ki, beynəlxalq aləmdə heç kim Ermənistanla razılaşmır. Yəni Ermənistan sövdələşmə predmetinə çevrilib, çünki subyektivliyi olmayan ölkənin öz mövqeyini ortaya qoymaq, prosesdə iştirak etmək imkanı yoxdur”.
O əlavə edib ki, bugünkü Ermənistanda ölkənin həqiqətən kimin müttəfiqi olması anlayışı yoxdur.
“Əsl sülh dövrünü qurmaq üçün söz deyil, zəhmət tələb olunur. Gələcək sülhün bütün əsaslarını zamanla məhv edəcək addımlar atmaqla sülhə nail olmaq mümkün deyil”, – deyə Bekaryan bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
