Erməni deputatın açıqlaması soyuq duş effekti yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan yerli mediaya Qazaxın işğal altında olan kəndlərindən danışıb.
Q.Melkonyan çıxışında Baş nazir Nikol Paşinyanın “kəndləri qaytarmasaq, müharibə olacaq” ifadəsinə haqq qazandırıb.
O, N.Paşinyanın Tavuşun erməni əhalisini müharibə ilə qorxutması barədə iddiaları da rədd edib.
“Qorxutmaq nədir? Əgər həqiqət deyilibsə, bu qorxutmaqdırmı? Azərbaycan bütün dünyada deyir ki, mənim torpaqlarımı alıblar, verməsələr, zorla geri alacağam”, – deyə Q.Melkonyan bildirib.
O, jurnalistin “Bəs sabah Azərbaycan İrəvan və Sevana da iddia edib “mənim torpağımdır” deyərsə?” sualına da cavab verib.
“Azərbaycan İrəvanı və Sevanı deyil, öz torpağını istəyir”, – deyə Q.Melkonyan rəsmi Bakının Qazaxın işğal altındakı kəndlərinin boşaldılması tələbinə haqq qazandırıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
