Pleyeri seçin:

Erməni fəal: Minlərlə insan Paşinyanı devirəcək

25 iyul 2023 506 baxış

Tanınmış erməni fəal İşxan Verdyan bu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkədə süni təşviş yaratmaqda, insanları yersiz qorxuya salmaqda ittiham edib.

O bildirib ki, Baş nazir bir tərəfdən Azərbaycan ilə sülh müqaviləsini bağlamaq istədiyini bəyan edir, digər tərəfdən isə azərbaycanlıların Qarabağda yaşayan ermənilərə qarşı soyqırımı törətmək fikrində olduğunu deyir:

“İnsanlar da haqlı olaraq ondan soruşurlar ki, əgər dediyin kimi ermənilərə qarşı soyqırımı olacaqsa, sən hansı sülhdən danışırsan? İnsanları niyə aldadırsan? N.Paşinyan bunun nə ilə nəticələnəcəyini başa düşmür. Düşünün, Qarabağda yaşayan minlərlə erməni heç vaxt Ermənistanı və N.Paşinyanı sevməyib. Onlar hazırda qorxu içindədirlər, bir gün toplaşıb Ermənistana gəlsələr, nələrin baş verəcəyini təsəvvür edirsiniz? Minlərlə insan İrəvanı blokadaya alacaq və N.Paşinyanı devirəcəklər. Bu qaçılmazdır! N.Paşinyanın sərsəm açıqlamalarına görə təşvişə düşən, evlərindən, işlərindən məhrum olan ermənilər gəlib İrəvanda “bomj” kimi yaşayacaqlar”.

İ.Verdyan qeyd edib ki, dünyanın nəhəng ölkələri Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etsələr də, ermənilər bunu başa düşməkdə hələ də çətinlik çəkirlər: “Niyə hər kəs baş verənləri olduğu kimi qəbul edir, bir tək Ermənistanda insanlar yalanlara boyun əyirlər? Başa düşün ki, siz heç bir zaman Azərbaycana qalib gələ bilməyəcəksiniz. Hörmət və müraciət etdiyiniz, kömək diləndiyiniz ABŞ, Şarl Mişel, hətta Vladimir Putin açıq şəkildə bəyan edir ki, Qarabağ Azərbaycandır. Hər kəs rəsmi olaraq bunu qəbul edir, bundan başqa nə istəyirsiniz axı?”.

İ.Verdyan əlavə edib ki, N.Paşinyan siyasətinin nəticəsi olaraq Ermənistanda vəziyyət günü-gündən daha da pisləşəcək. Yaranmış vəziyyətdən yeganə çıxış yolu isə Azərbaycanla sülh sazişini bağlamaqdır. 

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 506 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 506 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 506 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 506 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 506 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 506 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 506 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 506 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 506 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 506 baxış
Seçilmişlər
icon