Erməni uşaqlar və “Gucci” modeli terror təşkilatı “VoMa”da: Qarabağda yeni təxribat?
Yeniliklərdən dərhal xəbərdar olun
PKK terror təşkilatının erməni qolu olan “VoMa” qruplaşması Qarabağda partizan mübarizəsinə başlayacaqlarını bildirib.
Sosial şəbəkələrdə “VoMa”nın hazırlıqlar zamanı çəkilən videosu da yayılıb. Kadrlardan göründüyü kimi, terrorçular uşaqları da öz sıralarına cəlb edirlər. Paylaşımda qeyd olunub ki, hazırda terror təşkilatı erməni uşaqlarına təlimlər keçir.
Adı ilk dəfə 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı eşidilən “VoMa”nı erməniəsilli Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Təşkilat PKK və YPG ilə birlikdə fəaliyyət göstərir.
Qeyd edək ki, dünyaca məşhur “Gucci” brendinin siması olan erməni model Armine Harutunyan da Qarabağda terror hücumları həyata keçirəcəyini açıqlayan “VoMa” qruplaşmasına qoşulduğunu bildirib.
#Qarabağ teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
