Ermənilərin təhlükəsizlikləri təmin olunmalıdır | Rusiya XİN
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı dialoq müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 14-də keçirdiyi brifinqdə "News.ru"nun sualını cavablandırarkən deyib.
“Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm xarakter daşıyır. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin Qarabağa qayıtması perspektivləri də var. Onların hüquqları və təhlükəsizlikləri təmin edilməlidir”, – o qeyd edib.
Rusiya-Ermənistan münasibətlərindən də danışan M.Zaxarova əlavə edib ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması iki ölkə arasında münasibətlərə yaxşı təsir göstərmir.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
