Ermənistan Azərbaycandan qaz alacaq? - Paşinyandan vacib açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh müqaviləsi imzalandığı təqdirdə Azərbaycandan qaz idxalı və ya tranzitini istisna etmədiyini deyib.
O bunu Ümumdünya Erməni Sammitində çıxışı zamanı Bakının Ermənistana qaz tədarükü təklifini xatırladarkən bildirib.
“Təsəvvür etsək ki, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəməri keçəcək: belə bir variantı da istisna etmək olmaz”, – deyən N.Paşinyan qeyd edib ki, Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edib-etməyəcəyi barədə hələ qərar verilməyib.
Baş nazir çıxışı zamanı həmçinin vurğulayıb ki, dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur.
“Bölgədə sülh təmin olunarsa, Ermənistanın təhlükəsizliyi onun özü tərəfindən təmin edilə bilər”, – deyə Nikol Paşinyan bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
