Siyasət
Pleyeri seçin:

Ermənistan buna izahat versin ki... | XİN-dən kəskin reaksiya

19 iyun 2024

Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, Ermənistan tərəfindən bu addımların atılmasının nəyə görə qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlumdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycanın atdığı addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır:

“1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı.

Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur.

Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir.

Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.

Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”.

XİN-in məlumatında o da bildirilib ki, qeyd edilənləri nəzərə alaraq bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.

“Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik.

Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”, – deyə rəsmi Bakının Ermənistana cavabında qeyd olunub.

Bu səviyyəyə düşmək biabırçılıqdır! | QAİ-dən Fransanın Ermənistandakı səfirinə sərt cavab

Bu səviyyəyə düşmək biabırçılıqdır! | QAİ-dən Fransanın Ermənistandakı səfirinə sərt cavab

Siyasət
28 sentyabr 2024
Ceyhun Bayramov Annalena Berbok ilə Ermənistanla bağlı müzakirə apardı

Ceyhun Bayramov Annalena Berbok ilə Ermənistanla bağlı müzakirə apardı

Siyasət
28 sentyabr 2024
Azərbaycan və Almaniya XİN başçıları nələri müzakirə etdi?

Azərbaycan və Almaniya XİN başçıları nələri müzakirə etdi?

Siyasət
28 sentyabr 2024
Nyu-Yorkda Azərbaycan-BMT əməkdaşlığı müzakirə olunub

Nyu-Yorkda Azərbaycan-BMT əməkdaşlığı müzakirə olunub

Siyasət
28 sentyabr 2024
BMT-də işğaldan azad edilən ərazilərdə görülən işlərdən danışıldı

BMT-də işğaldan azad edilən ərazilərdə görülən işlərdən danışıldı

Siyasət
28 sentyabr 2024
Prezidentin köməkçisi “La Repubblica” qəzetinə müsahibəsində nələrdən danışdı?

Prezidentin köməkçisi “La Repubblica” qəzetinə müsahibəsində nələrdən danışdı?

Siyasət
27 sentyabr 2024
Azərbaycanlıların yaponlara münasibətinə təəccüblənirəm - Yaponiya səfirindən açıqlama | RƏSMİLƏR

Azərbaycanlıların yaponlara münasibətinə təəccüblənirəm - Yaponiya səfirindən açıqlama | RƏSMİLƏR

Siyasət
27 sentyabr 2024
Ərazi bütövlüyünün bərpası Azərbaycana nələr qazandırdı?

Ərazi bütövlüyünün bərpası Azərbaycana nələr qazandırdı?

Siyasət
27 sentyabr 2024
Atam danışırdı ki, evimizi tərk edəndə qapıdakı itimiz ağladı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Atam danışırdı ki, evimizi tərk edəndə qapıdakı itimiz ağladı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
27 sentyabr 2024
Ermənistanla sülhə mane olan nədir? | Hikmət Hacıyevin İtaliyanın qəzetinə müsahibəsi

Ermənistanla sülhə mane olan nədir? | Hikmət Hacıyevin İtaliyanın qəzetinə müsahibəsi

Siyasət
27 sentyabr 2024
Seçilmişlər
icon