Ermənistan bunu etməklə beynəlxalq qaydaları pozdu | Qərbin hədəfi İrandır, yoxsa…?
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkələr məğlubiyyətlə nəticələnən müharibədən sonra sülhə daha çox can atır ki, durumu normallaşsın, qonşularla əlaqələr qurulsun. Amma bu hal Ermənistan üçün xarakterik deyil.
Caliber.az-ın yaydığı məlumata əsasən, ABŞ, Fransa və Hindistan Ermənistanı silahlarla təchiz edib. Hətta İrəvan Almaniya istehsalı olan silahları da alıb. Artıq bu döyüş sursatları Ermənistandadır.
Silahların çatdırılmasında İran da iştirak edib. Fransa silahları hava ilə ölkənin Orli Hava Limanından İranın Mehrabad Hava Limanına göndərilib, oradan isə “Merac” aviaşirkəti silahları Ermənistana çatdırıb. Hindistan silahları isə İranın Bəndər-Abbas Dəniz Limanına gətirilib, daha sonra ölkə ərazisi ilə Ermənistana çatdırılıb.
Ermənistanın silahlandırılmasında regionun digər ölkəsi olan İran da iştirak edir. Halbuki bu proseslər İrana qarşı çevrilə bilər.
Millət vəkili Elşad Mirbəşiroğlunun sözlərinə görə, ABŞ-yə məxsus hərbi müşahidə sistemlərinin Ermənistan-İran sərhədlərinə yerləşdirilməsi həm də Ermənistanın ərazisindən İranın da müşahidə altında saxlanılması üçün addımların atıldığını göstərir.
“İran bu haqda düşünməlidir. Lakin İranın Ermənistandakı səfiri susur. Çünki ABŞ Ermənistanı silahlandıraraq Azərbaycana qarşı qaldırmaqla yanaşı, Ermənistanın ərazisindən özünün geosiyasi rəqiblərinə qarşı da mübarizə aparır. Burada Rusiya və İran ilk ağlagələn ölkələrdir”, – deyə E.Mirbəşiroğlu qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
