Ermənistan hakimiyyətində təhlükə | Paşinyanı qorxuya salan plan
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, bu planla bağlı onda məlumatlar, hətta sübutlar var.
N.Paşinyan çıxışında onu da deyib ki, “Tarixi Ermənistan” hazırkı Ermənistanın ərazi bütövlüyünü tanımır, “tarixi Ermənistan” və “hazırkı Ermənistan” nəinki bir-birinə uyğun gəlmir, həm də tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və hətta biri digəri üçün ciddi təhlükələr yaradır.
“Biz diqqətimizi “hazırkı Ermənistan”ın maraqlarına xidmət etməyə yönəltməliyik, əks halda xarici təhlükəsizlik çağırışlarını həll etmək şansımız olmayacaq. “Real Ermənistan” beynəlxalq miqyasda 29 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir”, – deyə Ermənistan Baş naziri vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
