Pleyeri seçin:
Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb | Putindən açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb.
Prezident bu barədə vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistanda çətin daxili siyasi proseslər gedir.
“Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları məlumatı verilməyib. Düşünmürəm ki, Ermənistanın MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT-dəki üzvlüyünə xitam vermək onun maraqlarına uyğundur. Bu, yenə də dövlətin seçimidir”, – o bildirib.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
