Ermənistan və Avropa İttifaqının ticarət dövriyyəsi nə qədər düşüb? | Karapetyandan mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşması ciddi nəticələr doğura bilər.
Erməni mediası xəbər verir ki, bu barədə erməniəsilli rusiyalı biznesmen, “Tashir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan danışıb.
S.Karapetyan Ermənistan iqtisadiyyatının sabitliyinin əsas dayağı kimi Aİİ ilə əlaqələri göstərib və 2024-cü ildə Ermənistanın bu təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin 12,7 milyard ABŞ dollarına çatdığını vurğulayıb. O, Avropa İttifaqı ilə ticarətin isə 14 % azaldığını və 2 milyard dollara düşdüyünü qeyd edib.
Onun sözlərinə görə, Aİİ-dən çıxış Ermənistanın iqtisadi sabitliyini təhdid edə, enerji daşıyıcılarının qiymətinə təsir göstərə və ölkə üçün iqtisadi çətinliklər yarada bilər.
S.Karapetyan Rusiya qazının və neft məhsullarının hazırda Ermənistan üçün güzəştli şərtlərlə çatdırıldığını, bu şəraitin dəyişəcəyi təqdirdə isə ölkə iqtisadiyyatının ciddi təzyiqlə qarşılaşacağını bildirib.
Qeyd edək ki, Samvel Karapetyan həm də revanşist mövqeyi ilə seçilən erməni iş adamlarından sayılır. O, dəfələrlə Qarabağın ermənilərə məxsus olması ilə bağlı paylaşımlar edib, mesajlar yayımlayıb, çağırışlar həyata keçirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
