Ermənistan və Qarabağ ətrafında gərginlik pik həddə yaxınlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan və Qarabağ ətrafında hərbi-siyasi gərginlik zirvə nöqtəsinə yaxınlaşır, bundan sonra ya partlayacaq, ya da tədricən azalacaq”.
Erməni mediası xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
“Azərbaycanın siyasi ritorikası kəskin şəkildə sərtləşib. Açıq-aşkar tələsirlər. Onlar Azərbaycan-Ermənistan danışıqlarında məsələlərin 70%-i üzrə razılığın olduğunu iddia edirlər. Lakin bu, vəziyyətin sülh yolu ilə və ya Ermənistanın maraqları çərçivəsində həll olunması anlamına gəlməz. Əgər Azərbaycan fundamentalist mövqeyini dəyişməsə, bu ya müharibəyə, ya da Ermənistanın böyük güzəştlərə getməsinə gətirib çıxaracaq.
Ermənistan hökuməti Qarabağdan və onun ətrafında baş verən proseslərdən nə qədər uzaqlaşmağa çalışırsa, vəziyyətin özü Ermənistanı həmin meydana sürükləyir”, – deyə o qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
