Pleyeri seçin:

Ermənistanda vəziyyət gərginləşir | Paşinyanın əlində faktlar var

11 aprel 2024 476 baxış

Ermənistan daxilində vəziyyət getdikcə pisləşir.

Ölkənin Baş naziri Nikol Paşinyan mətbuata müsahibəsində Xankəndidən İrəvana gedən seperatçıların Ermənistanda çevrilişə hazırlaşdıqlarını bildirib.

Baş nazir bununla bağlı əllərində kifayət qədər faktların olduğunu açıqlayıb. Bu isə Qarabağdakı keçmiş qondarma rejimin lideri Samvel Şahramanyanın və onun dəstəsinin həbs təhlükəsi ilə üz-üzə olduğunu göstərir.

Separatçılar və N.Paşinyan hökuməti arasındakı dava yeni deyil. S.Şahramanyanın İrəvanda avtomobil korteji ilə gəzməsi, öz ofisində ictimaiyyət nümayəndələri və müxalifətlə gizli görüşlər keçirməsi hökumətin diqqətindən yayınmayıb.

Münasibətlərin qırılma nöqtəsi isə Qərbdən Qarabağ ermənilərinə göndərilən pulların bölüşdürülməsi zamanı yaşanıb. Separatçılar deyirlər ki, həmin pulları Ermənistan hakimiyyəti mənimsəyir. Hökumət isə bu iddiaları rədd edir və pulların Qarabağdan gedənlərin sosial problemləri üçün xərcləndiyini bildirir.

Aprelin 5-i baş tutan Brüssel görüşündə Qarabağ erməniləri üçün maliyyə vəsaitinin ayrılması S.Şahramanyan və dəstəsini hərəkətə keçirib. Onlar N.Paşinyan hökumətindən həmin vəsaitin özlərinə verilməsini tələb edərək Qarabağ ermənilərinin problemləri ilə özlərinin məşğul olacağını bildirirlər.

N.Paşinyan üçün hazırda İrəvanda olan separatçılar arasında ən təhlükəlisi Samvel Babayan və Vitali Balasanyandır. S.Babayan olduqca hiyləgər şəxsdir. Özünün təhlükəsizliyini təmin etmək və həbsdən sığortalanmaq üçün ara-sıra N.Paşinyan hökumətini tərifləyən bəyanatlar verir.

O, erməni cəmiyyətinə özünü ictimai xadim kimi sırımağa çalışır, müxtəlif hadisələrlə bağlı tez-tez mətbuata açıqlamalar verir. Vitali Balasanyan isə İrəvana köçdükdən sonra sakitliyini qoruyub saxlayır.

Təbii ki, N.Paşinyan əleyhinə mübarizədə seperatçılar tək deyillər. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan da son zamanlar hakimiyyətə qarşı fəallaşıblar. Onların ən sadiq adamlarından olan keçmiş xarici işlər naziri Vardan Oskanyan isə Qarabağ erməniləri ilə bağlı təşkilat quraraq Avropa və ABŞ-dən qrantlar dilənir.

Əslində, toplanan bu vəsaitin sonda hansı istiqamətə xərclənəcəyini təsəvvür etmək çətin deyil. Burada məqsəd heç də Qarabağ ermənilərinin sosial rifahını yaxşılaşdırmaq deyil, N.Paşinyanı devirmək üçün dəstək axtarışıdır. Çevriliş üçün isə güclü maliyyəyə ehtiyac var. 

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 476 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 476 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 476 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 476 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 476 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 476 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 476 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 476 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 476 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 476 baxış
Seçilmişlər
icon