#Samvel Şahramanyan
icon

Samvel Şahramanyan — qondarma rejimin son "prezidenti"

Samvel Şahramanyan 1978-ci il dekabrın 1-də Azərbaycan SSR-in Xankəndi şəhərində anadan olub. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən, tanınmamış qondarma qurumun 2023-cü il sentyabrın 10-dan oktyabrın 4-dək "dövlət başçısı" olmuş şəxsdir.

Erkən fəaliyyəti

Şahramanyan 1997-ci ildə İrəvan Qriqor Zohrap Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olmuş, sonra 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İqtisadiyyat fakültəsinə keçərək 1999-cu ildə oranı bitirmişdir. 1996-1999-cu illərdə qondarma qurumun "müdafiə ordusu"nda xidmət keçmiş, sonradan "milli təhlükəsizlik xidməti"nə keçmişdir. Sabiq "başçı" Bako Sahakyanın təyinatı ilə 2018-2020-ci illər arasında bu qurumun "direktoru" olmuşdur.

"Dövlət başçılığı"na gəlişi

2023-cü ilin avqustunda Araik Arutyunyan istefaya getdiyini bildirmiş, öz son sərəncamı ilə Şahramanyanı "dövlət naziri" təyin edərək ona geniş səlahiyyətlər vermişdir. Sentyabrın 6-da üç oppozisiya parlament qrupu onu "dövlət başçısı" namizədi kimi irəli sürmüş, sentyabrın 9-da yeganə namizəd olan Şahramanyan bu vəzifəyə "seçilmişdir".

Antiterror tədbirləri və qurumun ləğvi

Şahramanyanın "and içməsindən" doqquz gün sonra Azərbaycan Dağlıq Qarabağa qarşı antiterror tədbirlərinə başlamışdır. Növbəti gün qondarma "hökumət" atəşkəs sazişinə gəlmiş və silahsızlanmağı qəbul etmişdir. Sentyabrın 24-də təqib və etnik təmizləmə qorxusu ilə etnik erməni mülki əhalinin kütləvi köçü başlamışdır. Sentyabrın 28-də Şahramanyan qondarma qurumun bütün "dövlət qurumları"nın 2024-cü il yanvarın 1-dək buraxılmasını və "respublikanın" mövcudluğunun dayandırılmasını nəzərdə tutan fərmanı imzalamışdır — bu sənəd Rusiya Silahlı Qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya əsaslanmışdır.