Pleyeri seçin:

Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV

08 fevral 2026 589 baxış

“Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidəki görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönələn bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir”.

Bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Qeyd olunub ki, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarı hiddətlə qarşılanır.

Bildirilib ki, bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlib.

“Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?

Qərbi Azərbaycan İcması bu məhkəmə qərarını, həm də bu il parlament seçkilərinin keçiriləcəyi Ermənistanda revanşistlərin sülhə qarşı fəaliyyəti kimi qiymətləndirir.

Əgər Ermənistan məhkəməsi iki xalq arasında sülhə, barışığa töhfə vermək əzmindədirsə, onda biz qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasını, qəbiristanlıqların, məscidlərin dağıdılmasını pisləyən məhkəmə qərarları çıxarmalıdır”, – deyə bəyanatda vurğulanır.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 589 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 589 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 589 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 589 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 589 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 589 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 589 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 589 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 589 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 589 baxış
Seçilmişlər
icon