Ermənistanda vəziyyəti daha da çətinləşdirən məqamlar | Oskanyandan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyanın diplomatik və hərbi-siyasi biliklərinin zəifliyi, strategiyasının olmaması və irrasional ardıcıl qərarları Ermənistanda vəziyyəti daha da çətinləşdirib”.
Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yazıb.
“2024-cü ilin sonunda Ermənistan görünməmiş milli problemlər və qeyri-müəyyənlik dövrünə düşüb. Ermənistan hakimiyyətinin əvvəlki illərdəki xarici və regional siyasətinin uğursuzluqlarının nəticələri nəinki aradan qaldırılıb, hətta daha da pisləşib.
Baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlarda yanaşması təhlükəli və təkrarlanan səhvi simvollaşdırır. Onun sülh ritorikası nəzəri cəhətdən təqdirəlayiq olsa da, il ərzində birtərəfli güzəştlərlə müşayiət olundu və bu, Bakını daha da cəsarətləndirdi, Ermənistanın mövqelərini zəiflətdi. Bu proses ölkəni aciz, ümidsiz və demək olar ki, N.Paşinyanın vədlərindən məhrum edib.
Ermənistanın geosiyasi müstəvidə təcrid olunması ölkənin indiki rəhbərlik altında girdiyi dairədən çıxmasına imkan vermir. Ənənəvi müttəfiqlər Rusiya və İran N.Paşinyan hakimiyyətinə inanmır, Türkiyə və Azərbaycan isə onun sözlərinə şübhə ilə yanaşmaqda davam edir. Hətta bir qədər dəstək verən kimi görünən Qərb də bunu “etibar etdiyi” üçün deyil, “dostluq naminə” etdiyini gizlətmir.
Yeni ittifaqlar yaratmaq üçün ciddi səylər olmadan bu diplomatik ətalət Ermənistanı hər gün daha da mürəkkəbləşən vəziyyətə salıb”, – deyə V.Oskanyan qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
