Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV
Ermənistanın Baş naziri Nikol Paşinyan yük tranzitinin bərpası qərarına görə Azərbaycana təşəkkürünü bildirib.
N.Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bəyanatla çıxış edib.
O vurğulayıb ki, bu qərar regionun bütün ölkələri üçün yeni imkanlar açır və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əlaqələrin güclənməsinə töhfə verir.
N.Paşinyan həmçinin Azərbaycanla münasibətlərdə ticarətin inkişafını, logistik proseslərin təkmilləşməsini və regional iqtisadi dayanıqlılığın möhkəmlənməsini təmin edəcək gələcək konstruktiv dəyişikliklərin vacibliyini qeyd edib. O, iqtisadi prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması məqsədilə rəqəmsallaşma və tənzimləmə prosedurlarının sadələşdirilməsi üzərində işləməyin zəruriliyini bildirib.
Bundan əlavə, Ermənistanın Baş naziri xarici ticarətin şaxələndirilməsinə və Aİİ-nin dünya arenasında mövqelərinin güclənməsinə xidmət edən İran, BƏƏ, Çin və Hindistan kimi əsas tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.
#Ermənistan teqi istifadə olunub
- Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV
- AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV
- "Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV
- Ermənistan və ABŞ TRIPP sazişinin ratifikasiyasını müzakirə edir - Baku TV CANLI
- "Ermənistan bu 2 məsələdə real addım atmır" | Bağdad Bəyannaməsi sülhü yaxınlaşdıracaqmı? - Baku TV
