Ermənistanın daxili siyasətində ara qarışır?
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar Ermənistanın şərti sərhəddə yerləşən kəndləri sürətlə boşalır.
Ermənilər Mehri və Basarkeçərdən sonra indi də Vedi rayonunu tərk edirlər. Buna səbəb kimi isə kənd təsərrüfatı üçün ciddi problemlərin yaranması, əkinçilik və heyvandarlıqla məşğul olan kəndlilərin özlərini dolandıra bilməməsi göstərilir.
Görünən odur ki, beynəlxalq aləmə Qarabağ ermənilərini “etnik təmizləmə” qurbanı kimi sırıyan Nikol Paşinyan hökuməti artıq xeyli müddətdir ki, demoqrafik problemlərin əlində aciz qalıb.
Məsələni Baku TV-yə şərh edən hərbi ekspert Telman Qasımov bildirib ki, Ermənistanda siyasi vəziyyət qeyri-müəyyən olduğu üçün əhali ümidlərini itirib:
“Xüsusilə də sərhədyanı bölgələrdə artıq çox acınacaqlı vəziyyət yaranıb. Yəni Azərbaycanla sərhəddə olan hər hansı bölgədə yaşayan insanlar evlərini tərk edir, paytaxta yaxın bölgələrə üz tuturlar.
Vedi mahalını götürsək, çox da hesab etməyək ki, paytaxtdan uzaq bölgədir. Elə oranın özündə də əkinçilik, biçinçilik sahəsində böyük problemlər yaranıb. Bu istiqamətdə dövlət tərəfindən subsidiyaların ayrılmaması, dərmanların kənd adamlarına paylanmaması səbəbindən çətinliklərlə üzləşirlər. Sosial durumun ağırlaşması da gətirib ona çıxarır ki, erməni əhali ölkəni tərk edib gedir”.
Erməni ekspertlərin bir çoxu hesab edir ki, bu köçün əsas səbəbi əhalinin hazırkı hökumətə inamsızlığıdır. Rəsmi İrəvan Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin struktur bölmələrinin optimallaşdırılması məqsədilə bu bölgələrdə dövlət obyektlərinin qapadıldığını deyir. Baş verənlərdən belə anlaşılır ki, sərhədyanı ərazilərdə ciddi urbanizasiya problemi yaşanır.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
