Ermənistanla Azərbaycan arasında... | Paşinyanın xalqa müraciətində diqqətçəkən məqam
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar “Facebook” hesabında xalqa müraciətində deyib.
“Bu gün regionun dinc və firavan gələcəyinə töhfə vermək imkanı var. Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi razılaşdırılıb və imzalanmanı gözləyir”, ‒ Baş nazir bildirib.
Nikol Paşinyan vurğulayıb ki, bütün daxili təxribatlara və digər əməllərə baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə jurnalistlərə açıqlamasında bildirib ki, İrəvan-Bakı danışıqları ikitərəfli formatda aparılır.
“Mətn razılaşdırılıb, imzalanma yeri və vaxtı ilə bağlı danışıqlar aparmalıyıq, əsas diqqət bunun üzərindədir. Danışıqlar ikitərəflidir, ikitərəfli təmaslarda effektivlik gördüyümüz üçün belə işləməyə davam edirik”, ‒ deyə A.Qriqoryan vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
