Ermənistanla sülh sazişi harada imzalanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər.
Bu barədə Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan dövlət başçısı deyib: “Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir. Hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə Azərbaycanda belə təmaslar potensial olaraq yenə də bərpa edilə bilər”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
